Telefondan "Facebook"a girəndə kontur getməyəcək

Bütün Xəbərlər
18:54 01.03.2011
2087

Siz, 0.facebook.com səhifəsinə daxil olaraq, m.facebook.com mobil səhifəsinin bütün imkanlarından yararlana bilərsiniz. İstifadəçilər statusu yeniləyə, xəbərləri oxuya, fikir və təəssüratları ilə bölüşə, mesaj göndərə, dostların divarlarında öz sorğularını yaza və digər xüsusiyyətlərdən istifadə edə bilərlər. Səhifənin açılma sürətini artırmaq məqsədilə şəkilləri sadəcə bir kliklə baxa biləcəyiniz xüsusi səhifədə yerləşdirmişik. Bununla belə, Facebook səhifəsinin özündə şəkillərə baxmaq yenə də mümkündür, lakin bu zaman istifadə etdiyiniz xidmətə görə tarif planınız üzrə ödəniş etməlisiniz.

BAKCELL abunəçiləri 0.facebook.com səhifəsindən trafik haqqını ödəmədən istifadə edə bilərlər. 0.facebook.com səhifəsinin istifadəsi tamamilə pulsuzdur*.

Bu xidmətdən istifadə etmək üçün, telefonunuzdan aşağıdakı ünvanlardan birinə daxil olmaq kifayətdir:

0.facebook.com

0.facebook.com

0.facebook.com

zero.facebook.com

0.facebook.com səhifəsindən pulsuz istifadə yalnız şəbəkə daxilində mümkündür. Səhifəyə pulsuz giriş, Opera mini və trafik sıxılması üzərindən işləyən oxşar brauzerlərlə dəstəklənmir. Bu halda, Facebook-un mobil telefonlar üçün nəzərdə tutulan standart m.facebook.com və sensorlu ekran telefonları üçün touch.facebook.com səhifələrindən istifadə imkanları mümkündür. Bu səhifələrə giriş, istifadə etdiyiniz tarifə uyğun olaraq ödənilməlidir

OXŞAR XƏBƏRLƏR