Telekanallarımız milli peykimizə çıxır

Telekanallarımız milli peykimizə çıxır
Bütün Xəbərlər
01:00 28.04.2013
1356
Azərbaycanda bu il ərzində ölkənin ilk milli peykinin resurslarından daxili məqsədlərdə istifadə tənzimlənəcək. ANS PRESS-in məlumatına görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, yaxın günlərdə yerli dövlət və özəl televiziya kanallarının milli telekommunikasiya peykinin üzərindən yayımının təşkili başa çatacaq.“Yaxın iki il ərzində, 2015-ci ilədək Azərbaycan Yerin orbitinə aşağıorbitli peykini, 2016-cı ildə isə ikinci telekommunikasiya peykini çıxarmağı planlaşdırıb. İkinci peykin orbital mövqeyi tələb olunan texniki vasitələr, peykin həcmi müəyyən edilir, danışıqlar aparılır. Bununla yanaşı, 2014-cü ildə aşağıorbitli peykin digər peyklə əlaqələri yaradılacaq” - deyə İ. Məmmədov bildirib.
OXŞAR XƏBƏRLƏR