Telekanallarla bağlı prezident İlham Əliyevə müraciət olundu

Telekanallarla bağlı prezident İlham Əliyevə müraciət olundu
MEDİA
14:25 27.04.2012
2175
“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi uşaq və yeniyetmələrin formalaşmasında televiziyanın geniş imkanlarından səmərəli istifadə etmək məqsədi ilə bir sıra təkliflərlə Prezident İlham Əliyevə müraciət göndərib. Müraciətdə bu gün uşaq və yeniyetmələrin mədəni-mənəvi tərbiyələndirilməsinə, dünyagörüşünə, müəyyən maddi və mənəvi dəyərlərin formalaşmasına, cəmiyyətdə ünsiyyətqurma və davranış qaydalarının bir sistem kimi yaranmasına televiziyanın güclü təsir göstərdiyi bildirilir və son araşdırmalara görə heç də qənaətbəxş olmayan bu sahənin dirçəlməsinin yalnız dövlət dəstəyindən asılı olduğu vurğulanır. “ELS” ölkə ərazisinə yayımlanan və uşaqların mədəni-mənəvi tərbiyələndirilməsi və maarifləndirilməsi ilə peşəkar səviyyədə məşğul olacaq dövlət uşaq televiziya kanalının açılması və bununla bağlı müzakirələrin başlanması, uşaq və yeniyetmələr üçün verilişlərin və filmlərin (bədii, seriallar, animasiya və cizgi) istehsalına dair dövlət maliyyə yardımının göstərilməsi və bununla da milli uşaq televiziya verilişləri bazasının dirçəldilməsi və zənginləşdirilməsinin təmin edilməsi, mövcud informasiya axınının düzgün qiymətləndirməməsi nəticəsində yanlış təsəvvürlər və davranış qaydalarının formalaşmasından onların qorunması üçün “Yetişən nəslin sağlamlığı, əxlaqi və mənəvi inkişafına zərər vuran informasiyadan müdafiə haqqında” qanunun qəbul edilməsi təkliflərini irəli sürüb. Müraciətdə qeyd olunan təkliflərə Prezidentin dəstək verəcəyinə ümid edən “ELS” Araşdırmalar Mərkəzi onların həyata keçməsində yaxından iştirak etməyə hazır olduğunu da bildirib.
OXŞAR XƏBƏRLƏR