Pakistanda tanınmış bir televiziya aparıcısı Maya Khan küçədə qeyri adi müsahibəsi ilə diqqət çəkib.
AZXEBER.COM-un məlumatına görə, "Maya ilə Günə Başlarkən" verlişinin aparıcısı Maya Khan, parklarda "əl-ələ tutan sevgili" ovuna çıxıb. Aparıcı ölkədə gənclərin İslami dəyərləri tapdaladığını göstərmək üçün bu addımı atıb.
Pakistanın ən sıx şəhərlərindən biri Karaçıdə "sevgili ovuna" çıxan aparıcı, küçədə əl-ələ tutan bir cütlüklə qarşılaşıb. Hicablı gənc qız və sevgilisi kameraları və aparıcını gördüyü an qaçmağa başlayıb. Nəticədə "Sevgili ovuna" çıxan aparıcı istəyinə çata bilməyib. Kameraya isə bu sözləri deyib: "Budur qaçdılar. Bir şey gizlədirlər ki, qorxub qaçdılar."
Ozal İbrahimli