"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski
MEDIA
15:01 13.02.2025
572
Tanınmış reklam mütəxəssisi Rolan Mammadlinski müsahibə verib.
 
AZXEBER.COM həmin müsahibəni təqdim edir:

Rolan Mammadlinski 2002-ci ildən reklam sahəsində fəaliyyət göstərir. 2008-ci ildən isə öz şirkətini - "Media Event" Reklam Agentliyini qurub və bu günə qədər də uğurlu fəaliyyət göstərir.

- Rolan bəy, təcrübənizə əsaslanaraq, hansı reklam platformalarını daha effektiv hesab edirsiniz?

- Deyə bilərəm ki, günümüzün ən effektiv reklam vasitələrinin siyahısında televiziya və radio reklamları başçılıq edir. Bunun əsas səbəblərindən biri də televiziya izləyicilərinin alıcılıq qabiliyyəti olan kütlə hesab edilməsi ilə bağlıdır. Gündüz saatlarında yayımlanan bir sıra verilişlərin əsas izləyicisi qadınlardır və alış-verişdə də əsas söz sahibi onlar sayılır. Xüsusən də evin bazarlığı, məişət əşyalarının və evdə istifadə edilən digər texnikanın alışında qərarı evin xanımı verir.

Axşam saatlarında yayımlanan xəbərlərin, iqtisadi-siyasi kontenti olan verilişlərin, futbol və digər oyun matçlarının da əsas izləyici təbəqəsi kişilər hesab edilir. Bu saatlarda da kişilərin maraq dairəsinə aid xidmət və məhsulların reklamının yerləşdirilməsi daha məqsədəuyğun hesab edilir.

- Sizcə telekanalların tamaşaçı sayı hələ də çoxdur?

- Əlbəttə, aparılan araşdırmaların və statistik məlumatların təhlili göstərir ki, əhalinin 70 faizi daimi olaraq televiziya verilişlərinin izləyicisidir. Bura yerli, Rusiya və Türkiyə kanalları daxildir. Amma araşdırmalar sübut edir ki, Rusiya və Türkiyə kanallarının izləyiciləri yerli kanalların izləyicilərindən daha azdır.

- Bəs Tv reklamlarından daha effektiv olanı hansıdır?

- Bu gün reklam bazarında bir sıra məhsul və xidmətin tanıtımı, geniş auditoriyaya çatdırılması üçün xəbər proqramlarında kommersiya xarakterli süjetlər yayımlanır. Bu, effektiv üsul hesab edilir. Çünki press-relizlər əsasən oxunmaq üçün nəzərdə tutulub. Süjet isə həm vizual görüntü, həm də dinləmə üçün nəzərdə tutulub. Bu, birbaşa təmas və görüntü olduğu üçün daha effektiv hesab edilir. Eyni zamanda, statistik və araşdırma nəticələri də bunu göstərir, xəbər buraxılışlarının izləyici kütləsinin də  kifayət qədər böyük olduğunu nəzərə almaq lazımdır. Bu səbəbdən də xəbər proqramında kommersiya xarakterli süjet yayımlamaq həm daha effektivdir, həm də məlumat daha rahat şəkildə izləyiciyə ötürülür.

- Reklamlar daha çox hansı kütləyə hədəflənir?

- Reklam insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi, onun ideyasının dəstəklənməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir.
Bir xidmət və ya məhsulun reklamını təşkil edərkən əsas məqamlardan biri hədəf kütləni düzgün seçmək, mal və məhsul haqqında lazımi, düzgün informasiyanı təqdim etməkdir. Bu səbəbdən də hədəf kütləni təyin etmək üçün ilk olaraq təklif edilən məhsulu analiz etmək, hansı kateqoriya insanlara xitab etdiyini müəyyən etmək lazımdır. Bundan sonra isə televiziya və radio verilişlərinin analizini aparmaq, düzgün yaş və təbəqə kateqoriyasını müəyyən etmək lazımdır. Bu zaman müraciət edilən reklam şirkəti məhsulunuzu bazar qaydalarına uyğun şəkildə müştəriyə tanıdır, təklif edilən reklam məhsulu isə alıcıya "niyə məhz bu məhsulu almalıyam” sualına cavab tapmaqda kömək edir.

- Telekanalların izləyici ilə sosial mediaların auditoriyası arasında nə fərq var?

- Sosial şəbəkələrlə və televiziya kanallarında yayımlanan reklam çarxları arasındakı fərq əsasən izləyici kütləsi ilə bağlıdır. Məlumat bazalarının analizi sübut edir ki, sosial şəbəkələrdən əsasən gənclər və cavanlar istifadə edir ki, onların alıcılıq qabiliyyəti daha aşağıdır. Televiziya izləyiciləri isə alıcılıq qabiliyyəti yüksək hesab edilən təbəqə sayılır. Bundan əlavə, sosial şəbəkələrdə bir sıra şirkətlərin apardığı sorğu nəticələri də etibarlı sayılmır. Çünki aparılan araşdırmalar sübut edir ki, sorğu nəticələrinin geridönüşü o qədər də ürəkaçan deyil. Televiziyada yayımlanan reklam çarxında məlumat doğru və düzgün çatdırılırsa, izləyici ilə birbaşa təmas normal seçilmiş görüntü vasitəsi ilə reallaşırsa, bu zaman geridönüş də əsasən istənilən nəticəni ortaya qoyur.

- Sizin şirkətin sərgi təşkilatçılığı və stendlərin hazırlanması ilə bağlı da geniş təcrübəsi var. Bu tip sərgilərdə iştirak niyə vacibdir?

- Sərgidə iştirak etmək də potensial müştərilərlə birbaşa ünsiyyət, tanıtım deməkdir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, bir sıra şirkətlərin reklam çarxı yayımlamaq, reklamdan istifadə etmək profilinə uyğun deyil. Bu sıraya ağır texnika, silah və müəyyən zavod avadanlıqları istehsal edən zavod və fabriklər də daxildir. Bu şirkətlər aktiv reklamdan istifadə etmirlər. Bu şirkətlər üçün sərgidə iştirak etmək, stendini qurmaq, potensial müştərisi ilə birbaşa əlaqə qurmaq, məhsulunu həm vizual təqdim etmək, həm də lazımi texniki və istifadə qaydaları, üstünlükləri, effektivliyi barədə məlumat vermək daha məqsədəuyğun sayılır. Şirkətimiz isə Azərbaycan başda olmaqla, qonşu Türkiyə, Rusiya, eyni zamanda Dubay və bir sıra Avropa ölkələrində müxtəlif dövrlərdə təşkil edilən sərgilərdə stend qurmaq üçün sirkətlərə kömək edə bilər.
 
///qaynarinfo

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib