Televiziyalarımızı internetdən canlı izləyə biləcəyik

Televiziyalarımızı internetdən canlı izləyə biləcəyik
MEDİA
16:01 19.04.2012
1994

Azerbaijans.com saytı yenilənməkdə davam edir

Azərbaycan haqqında unikal ensiklopedik məlumat bazasına çevrilən azerbaijans.com saytı yenilənməkdədir. Layihənin bu dəfəki yeniliyi ilk növbədə televiziya həvəskarlarının ürəyincə olacaq. Artıq Azərbaycan televiziyasının aparıcı kanallarını azerbaijans.com saytı vasitəsilə canlı izləmək mümkün olacaq.

Layihə rəhbərliyinin AZXEBER.COM-a verdiyi məlumata görə, saytın digər yeniliyi Azərbaycan musiqiləri ilə bağlıdır. Bu günlərdə saytın daxilində çeşidli musiqi bazası yaradılmışdır və bununla da istifadəçilərə canlı musiqi dinləmək imkanı verilmişdir. Bazada milli musiqimizin bütün janrları (xalq mahnıları, muğam, bəstəkar mahnıları və s.) öz əksini tapıb. Həm axtarış sistemini, həm də istifadəni asanlaşdırmaq məqsədi ilə musiqilər ifaçıların adlarının əlifba sırasına görə düzülmüşdür.

Saytda daha çox diqqəti cəlb edən bölmələrdən biri də “Son 10 il” bölməsidir ki, bu bölmə də mütəmadi olaraq yenilənir. Belə ki, son günlər əlavə olunmuş “Xarici siyasət” linkində Azərbaycan Respublikasının son 10 il ərzində müxtəlif istiqamətlərdə xarici siyasətdəki nailiyyətləri öz əksini tapmışdır.

Layihənin zənginləşməsi və genişlənməsi davam edir.

OXŞAR XƏBƏRLƏR