Lənkəran Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı Masallı rayon sakini Mahmudov Oqtay Elşad oğlunun məhkəməsi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, məhkəmənin hökmü ilə qəsdən adam öldürməkdə təqsirli bilinən Oqtay Mahmudov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, ötən ilin sentyabrın 24-də axşam saatlarında Oqtay Mahmudov babasının qardaşı olan 1956-cı il təvəllüdlü Mahmudov Mahmudağa Həbib oğlunu televizora baxmaq üstündə öldürüb.O.Mahmudov futbola baxmaq istəyib və televizorun pultunu əmisindən alaraq kanalı dəyişib. M.Mahmudov qardaşı nəvəsinin bu hərəkətindən əsəbiləşib və onu təhqir edib. Hərbi xidmətdən yeni qayıdan gənc kişinin sözlərindən sonra özündən çıxıb və bıçağı götürərək onu qətlə yetirib.