Telman İsmayılov bu məşhur müğənnini döyüb, əlindən öpməyə məcbur edib

Telman İsmayılov bu məşhur müğənnini döyüb, əlindən öpməyə məcbur edib
SOSİAL
14:36 05.02.2022
4711
Moskvanın Presnenski Rayon Məhkəməsi müğənni Avraam Russonun 2004-cü ildə oğurlanması ilə bağlı işə baxmağı davam etdirir. İclasda cinayəti araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşlarının dəlilləri dinlənilib. Onlar "AST" qrupunun rəhbəri ilə müğənni arasındakı münasibətdən danışıblar. İstintaqın məlumatına görə, iş adamı Telman İsmayılov Russonu dəfələrlə ələ salıb, təhqir edib.

AZXEBER.COM moderator.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın "FAN" agentliyinə istinadla xəbər verir. Müstəntiqlər bildiriblər ki, İsmayılov Avraam Russo ilə çox kobud rəftar edib, onu aşağılayıb, əllərini öpməyə məcbur edib, şəxsi məclislərdə dostları üçün mahnı oxutdurub. Oğurlanan gün mühafizəçilər sənətçini huşunu itirənə qədər döyüb, əməkdaşlığa məcbur ediblər. Tibbi sənədlərə görə, müğənni ciddi bədən xəsarəti alıb: ona burun sınığı, kəllə-beyin travması və çoxsaylı qançırlar diaqnozu qoyulub. Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov adam oğurluğu işində əsas təqsirləndirilən şəxsdir.

"Bütün bunlar sübut edir ki, Mərdanova hər hansı böhtan atılmasından söhbət gedə bilməz", - Avraam Russonun vəkili Andrey Aleşkin "FAN"-a açıqalamasında təsdiqləyib.

Xatırladaq ki, müstəntiqlərin fikrincə, 2004-cü ildə Telman İsmayılov Zaur Mərdanov, Tarxan Eldukayev, Əliyar Dəmirov və Vladimir Qusakovla əlbir olaraq uzaqgörən bir bəhanə ilə Avraam Russonu Moskvadakı "Praqa" restoranına gəlməyə şirnikləndirib. Onu orada saxlayıblar və İsmayılovla prodüser kimi iş müqavilələri bağlamağa məcbur ediblər. Bundan sonra onu Moskva vilayətindəki iş adamının evinə aparıb və Russo bütün tələblərlə razılaşana qədər bir sutka da orada saxlayıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı