Telman İsmayılov yubileyində Cennifer Lopezə nə qədər pul verib? - Hürriyet yazdı

Telman İsmayılov yubileyində Cennifer Lopezə nə qədər pul verib? - Hürriyet yazdı
Bütün Xəbərlər
11:40 27.07.2013
7928
Türkiyənin "Hürriyet" qəzetinin məşhur yazarı Doğan Uluç növbəti köşəsini dünya şöhrətli müğənni Cennifer Lopezə həsr edib.
AZXEBER.COM qəzetin rəsmi saytına istinadən xəbər verir ki, yazar Cennifer Lopezin ziyafətlərdən qazandığı pulun miqdarını açıqlayıb. 
Doğan Ulucun iddiasına görə azərbaycanlı milyarder Telman İsmayılovun 50 illik yubileyində ifa etmək üçün 1 milyon 400 min dollar alıb.
Bundan başqa yazar qeyd edir ki, Cey Lo Türkmən lideri Berdimuhamedov ad günündə şou göstərmək üçün 2 milyon 500 min dollar alıb.
Doğan Uluç köşəsində həmçinin qeyd edib ki, Cennifer Lopez son 2 ildə bu tip ad günlərindən 9 milyon dollar qazanıb.
OXŞAR XƏBƏRLƏR