Telman İsmayılovun "Mərdan Palace"sini işlədən şirkət də müflis elan edildi

Telman İsmayılovun "Mərdan Palace"sini işlədən şirkət də müflis elan edildi
DÜNYA
14:07 30.12.2017
2068

Azərbaycanlı iş adamı və milyonçu Telman İsmayılova məxsus "Mardan Palace” oteli ilə bağlı məhkəmə yeni qərar verib.

 

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, maliyyə məsələləri ilə bağlı fəaliyyəti xeyli müddətdir dayandırılan oteli idarə edən yerli şirkət məhkəmə tərəfindən müflis elan edilib.

İstanbul Anadolu 3-cü Ticarət Məhkəməsi oteli idarəetməsini üzərinə götürmüş "Olimpus İnşaat Turizm Gıda Otelcilik Nakliye San. ve Tic. A.Ş.”nin xarici maliyyə mənbələrinə 250 milyon dollar borcunu nəzərə alaraq, şirkətin tamamilə müflisləşdiyini sənədləşdirib. "Mardan Palace”nin baş meneceri Selçuk Şentepe "Bank Of Moscow”a 250 milyon dollar həcmində borclarının olduğunu təsdiq edib. O, bildirib ki, şirkətin müflisləşməsi həm də Telman İsmayılovun biznesmen kimi tamamilə müflisləşməsi ilə əlaqədardır.

 

Qeyd edək ki, tikintisinə və dizaynına 1,4 milyard dollar xərclənən otel kompleksi 2009-cu ildə açılıb. Açılışa Paris Hilton, Monika Beluççi, Şaron Stoun, Meray Keri, Riçard Gir kimi dünya ulduzları da gəlib. Bu ilin avqust ayında otelə sifarişlərin qəbulu dayandırılıb. Turistləri başqa otellərə göndərən "Mardan Palace”nin daha sonra 2 milyon lirəlik borcuna görə suyu, sonra isə elektrik xətti kəsilib.

OXŞAR XƏBƏRLƏR