Təmas xəttində monitorinq baş tutdu

SOSİAL
14:08 17.03.2016
1708
MN məlumat yaydı.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Verilən məlumata əsasən, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Peter Svedberq və Saymon Tiller keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçiriblər.

OXŞAR XƏBƏRLƏR