Təmir etdiyi maşınının altında qaldı

HADİSƏ
21:34 19.05.2021
993
Şirvanda "Mercedes” 31 yaşlı kişinin üzərinə aşıb.

AZXEBER.COM-un məlumatına görə, Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü Əliyev Şahin Zamiq oğlu öz avtomobilini təmir edən zaman avtomobili onun üzərinə aşıb.

Ağır xəsarətlər alan Ş.Əliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
\Qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR