Təmirlə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırıldı
Bütün Xəbərlər
13:42 06.04.2012
1885
Paytaxtın küçə və prospektlərində aparılan təmir işləri ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. AZXEBER.COM-un məlumatına görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.Belə ki, Xəqani küçəsi kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi kəsişməsinədək, 28 May küçəsi ilə Yusif Səfərov küçəsi kəsişməsindən Keykab xanım Səfərəliyeva küçəsinədək yeni asfalt örtüyü çəkildiyinə görə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.“Günəş petrol” yanacaqdoldurma məntəqəsinin yanından, Şərifzadə küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətinə asfalt örtüyü çəkilir, səki daşları dəyişdirilir, piyada zolağı yenilənir.