Bakıda və Abşeron yarımadasında bu gün hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Temperaturun gecə 19-24°, gündüz 25-29° isti, Bakıda gecə 21-23°, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz isə 60-70 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 18-23°, gündüz 25-30° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Temperaturun gecə 15-20°, gündüz 23-28° isti olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 19-24°, gündüz 27-32° isti olacağı gözlənilir.