Temperatur 33 dərəcəyə yüksələcək

Temperatur 33 dərəcəyə yüksələcək
Bütün Xəbərlər
14:30 03.06.2013
1082

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 33 dərəcəyə yüksələcək.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xəbər verilib.

Məlumata görə sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun hərarəti 19-21 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində də sabah hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 16-21, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

OXŞAR XƏBƏRLƏR