Temperatur 36 dərəcəyə yüksələcək

Temperatur 36 dərəcəyə yüksələcək
Bütün Xəbərlər
00:15 22.07.2012
1215
Bakıda və Abşeron yarımadasında havanın tutqun olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır. Gündüz hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəkdir.Temperatur gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaqdır.Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-80 faiz, gündüz 50-60 faiz olacaqdır.Abşeronun çimərliklərindədəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 25-27 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Temperatur gecə 20-25, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Temperaturun gecə 17-23, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Temperaturun gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındagün ərzində hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Temperaturun gecə 16-21, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Temperaturun gecə 16-21, gündüz 28-33 dərəcə olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarındagecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.Temperaturun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarındagün ərzində hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Temperaturun gecə 20-24, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR