Ötən ay yeni mənzillərin qiyməti düşüb

İQTİSADİYYAT
19:30 24.02.2012
2920

 Bu ilin yanvar ayı ərzində “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Birlikdən ANS-ə verilən məlumata görə, məlum olduğu kimi, bir vaxtlar ilkin mənzil bazarının 75% aktivliyini təşkil edən səbəblərdən biri Rusiyada yaşayan soydaşlarımızın daşınmaz əmlakın bu seqmentinə investisiya yatırması idi.  Lakin son zamanlar məlum səbəblərdən belə bir tendensiyanın zəifləməsi bazarda ipoteka krediti ilə mənzil alanların aktivləşməsi ilə əvəz edilib. Bu baxımdan mövsümə uyğun olaraq ilin sonuna doğru alıcıların ipoteka kreditləri imkanlarından yararlana bilmək imkanlarının məhdudlaşması (kredit portfeli limitinin tükənməsi) yanvar ayında öz təsirini bazarın bu seqmentində göstərib. 2012-ci ilin yanvar ayı həm qiymət, həm də alqı-satqı baxımından passivliklə yadda qalıb. Eyni zamanda problemli MTK-ların bazarda hələ də mövcudluğu, əqdlərin bağlanmasında zamanı tələb olunan sənədlərin çatışmazlığı, bir çox hallarda isə ipoteka kreditinə etinasız yanaşma potensial mənzil alıcılarının bazardan soyuqlaşmasına təsirsiz ötüşməyib. Alıcıların qarşılaşdıqları problemlərdən biri də yeni mənzilin təmiri məsələsi, yəni, bəzən bu vəsaitin evin yarı qiymətinə başa gəlməsi və zaman baxımından əlverişsiz olmasıdır ki, bu amillər də yeni mənzillərə olan tələbatın azalmasına gətirib çıxarır. Yanvar ayında aparılan monitorinq zamanı alqı-satqı agentliklərinə müraciətlərin sayında azalmanın müşahidə edilməsi də bunu deməyə əsas verib. Beləliklə, ilin ilk ayında Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn hündürmərtəbəli yaşayış binаlаrın sаyı ötən ayda olduğu kimi 424 olaraq qalıb. Tikinti aparan şirkətlərin sayında da heç bir dəyişiklik olmayıb və göstərici ötən aydakı (151 ədəd) kimi qalıb. İkin yaşayış mənzili bazarının təklif portfelinin strukturunda, o cümlədən, inzibati rayonların təklif portfelinin pay bölgüsündə də nəticələr dəyişməz olaraq qalıb. Rayonlar üzrə pay bölgüsü aşağıdakı cədvələ uyğun olub: “ƏBİ” İB tərəfindən ilkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə yanvar ayı ərzində satış üçün təklif оlunmuş mənzillərin оrta qiymətində ötən ayla müqayisədə heç bir dəyişiklik müşahidə edilməyib. Orta qiymət ötən aydakı kimi 1 kv.metr üzrə 825,2 manat səviyyəsində qərarlaşıb. Qiymət fərqi ötən rübün müvafiq dövrü ilə müqayisədə 1,4% azalma təşkil edib, ötən illə müqayisədə isə bu fərq 2,7% azalma kimi qeydə alınıb. 2008-ci ilin sentyabr ayı (böhran dövrününün başlanğıcı) ilə müqayisədə isə qiymət fərqi 30,9% azalma ilə qeydə alınıb. Yanvar ayı ərzində, ötən aylardakı kimi, yеni tikililərdə 3 оtaqlı mənzillər daha çох üstünlük təşkil еdib. 5 оtaqlı mənzillər əsasən şəhərin 1 zоnasında üstünlük təşkil еdir, 1 оtaqlı mənzillər isə daha çох 3-cü zоnanın payına düşür. 1 otaqlı mənzillərin orta sahəsi 60.7 kv.m, 2 otaqlılarınkı 92.1 kv.m, 3 otaqlılarda 131.8 kv.m, 4 otaqlılarda 182.9, 5 otaqlılarda isə 238.3 kv.metr təşkil edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq