Ötən gün 17 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

Ötən gün 17 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
SİYASƏT
09:14 26.11.2025
139
17 Azərbaycan vətəndaşı noyabrın 25-də Almaniyadan geri qəbul edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
OXŞAR XƏBƏRLƏR