Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
SOSİAL
17:42 19.09.2026
45
Ötən gün polis əməkdaşları tərəfindən 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 18-də ümumi çəkisi 40,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR