Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı
SOSİAL
16:20 21.11.2026
70
Polis əməkdaşları tərəfindən noyabrın 20-də keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə və 699 ədəd güclü təsiredici xassəyə malik həb aşkar edilərək götürülüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.