Şəmkirdə iki azyaşlının anasının abortdan sonra ölməsi barədə rəsmi açıqlama

Şəmkirdə iki azyaşlının anasının abortdan sonra ölməsi barədə rəsmi açıqlama
SOSİAL
14:37 21.11.2026
32
Şəmkirdə qadının abortdan sonra dünyasını dəyişməsi ilə bağlı rəsmi açıqlama verilib.
 
Oxu.Az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 20-də saat 13 radələrində 1991-ci il təvəllüdlü qadın ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Xəstəxanaya daxil olarkən onun nəbzi və arterial təzyiqi müəyyən edilməyib.
 
Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR