Xalq rəssamının oğlunun meyiti tapıldı

Xalq rəssamının oğlunun meyiti tapıldı
SOSİAL
13:42 21.11.2026
37
0:00 / 0:00
Paytaxtın Yasamal rayonunda evdən meyit tapılıb.

Hadisə İnşaatçılar prospektində yerləşən mənzillərin birində baş verib. Ölən şəxsin 1960-cı il təvəllüdlü Elşad Rüstəmov olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Bildirilib ki, meyiti tapılan şəxs Xalq rəssamı Cahangir Rüstəmovun oğludur.

O, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərib.
Qeyd edək ki, C.Rüstəmovun 2 oğlu var. Onun böyük oğlu Eldar Rüstəmov texniki elmlər üzrə fəlsəfə doktoru, dosentdir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
 
//qafqazinfo
OXŞAR XƏBƏRLƏR