Ötən gün ictimai yerlərdə 18 koronavirus xəstəsi saxlanıldı

Ötən gün ictimai yerlərdə 18 koronavirus xəstəsi saxlanıldı
SOSİAL
18:59 25.08.2021
332
Avqustun 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR