Sərhədsiz Reportyorlar Təşkilatı hesabatını açıqlayıb
Ötən il dünyada 97 jurnalist öldürülüb, 1000-dən çoxu saxlanılıb və 174 nəfəri isə həbs edilib. Bu, Sərhədsiz Reportyorlar Təşkilatının hesabatında deyilir. Hesabatda Türkiyədə 60-dan artıq jurnalistin həbsxanada olduğunu bildirilir. Təşkilatın hesabatına görə, Pakistan bununla ikinci ildir ki, mətbuat azadlığı baxımından dünyanın ən təhlükəli ölkəsi seçilib. Ötən il Pakistanda 10 jurnalist öldürülüb, 3 jurnalist isə həbs edilib. Pakistandan sonra dünyada mətbuat azadlığının ən təhlükəli olduğu ölkələr Meksika, Honduras, Çin, İran, Eritrea, Somali, Əfqanıstan sıralanır. Təşkilat 2011-ci ildə 2010-cu illə müqayisədə dünyada öldürülən, həbs edilən, saxlanılan, hökumət və ya cinayətkar qruplaşma tərəfindən təzyiq və təhdidlərə məruz qalan jurnalistlərin daha çox olduğunu açıqlayıb.