Ötən il Azərbaycanda 8500-ə yaxın insanda xərçəng aşkarlanıb
Bütün Xəbərlər
03:06 11.03.2012
1549
Ötən il Azərbaycanda 8499 nəfərdə bədxassəli şişlər aşkarlanıb. Bu məlumat "Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat"da öz əksini tapıb.Hesabatda qeyd edilib ki, 2010-cu ildə 8119, 2003-cü ildə isə 5591 nəfərdə bədxassəli şiş aşkarlanıb.Onkoloji xəstəliklərin aşkarlanması işinin yaxşılaşdırılması nəticəsində bu xəstəliklərdən ölüm hallarının sayı azalıb.Ötən il ölkədə xroniki böyrək çatışmazlığı olan 1755 nəfər dövlətin maliyyə vəsaiti hesabına hemodializ seansları ilə təmin olunur.Azərbaycanda cərrahi profilli stasionarlara daxil olan xəstələrin və keçirilən cərrahi əməliyyatların sayı artıb. 2011-ci ildə 254 min cərrahi əməliyyat edilib. 2010-cu ildə bu rəqəm 194 min, 2003-cü ildə 96 min olub.