Teoman Yakupoğlu- 1967-ci ildə İstabulda doğulub. Boğaziçi Universitetinin sosiologiya fakültəsində, tələbə yoldaşlarıyla bərabər “Miraj” qrupunu yaradıb və uzun müddət bu qrupda solist olub. Bir neçə konsert və səsyazmalardan sonra qrup dağılıb və Teoman solo işləməyə başlayıb. İstanbul Universitetində Qadın araşdırmaları fakültəsində magistr dərəcəsində təhsil alarkən ilk albomu olan “Teoman”ı 1996-cı il buraxıb. Daha sonra “O”, “17”, “Gönülçelən”, “Teoman-2003- qırmızı almob”, “Ən gözəl hekayəm”, “Rəngli röyalar oteli”, “İnsanlıq halları” alobomları ilə yanaşı, remiks albomları da buraxılıb.Türkiyənin ən yaxşı bəstəkarlarından biri olaraq qəbul edilən Teomanın albomlarındakı mahnıların bir çoxunun söz və müsuqisi özünə aiddir. Teoman “Ən yaxşı bəstəkar”, “Ən yaxşı söz yazarı”, “Ən yaxşı albom”, “İlin sənətçisi” kimi kateqoriyalarda saysız hesabsız mükafatlara sahibdir.Sevmədiyim insan məni necə yaralaya bilər ki? - Hər zaman bir az uzaq, əslində isə doğma bir görünüşün var…- Məşhuram və eyni zamanda da bir az aralıyam. Əvvəllər daha çox aralı idim. Heç kimə qəlbimi açmır və fikrimi demirdim. Onsuz da çəkinirəm. Adi həyatda insanlarla belə çox münasibətdə olmuram.-Yəqin ki ürəyini də daha çox mahnıların ilə açırsan…- Təbii ki, onun üstünlüyü var. daha çox açıb-ağardıldığını hiss etsəm “əşşi, onsuz da mahnıdır” deyəcəyim bir çıxış yolum var.- “Mən yazsam da, bu mənim həyatım deyil” şəklində?...- Deyə bilərsən, qaçarsan – onsuz da tam mənasında elə olmur, sənət bir az yalan ilə həqiqəti deməkdir. Yalandan deyərsən, ama düz çıxar.- Yəqin ki, səni danışmasan da anlayanlarla da birlikdə olursan.- Dostluq hardasa, tərifinə uyğun olaraq, bir yerdə susa bilməkdir. Yanaşı oturarsan 20 illik dostlarınla. Bir yerdə oturmaqdan zövq alırıq, biraz söhbət edirik, sonra heç danışmadan saatları keçirdirik. Danışmağa məcbur deyilsən.- Yeni dostluqlar qurmaq çətin deyil ki? əslində çətindir…- Yox, çox rahat yeni dostluqlar qura bilmirəm. Yəni dəyərək ya da toxunaraq keçirlər. Əlbəttə insanlarla tanış olmaq çox gözəldir amma illər keçdikcə çox da yer olmur elə bil. -İllər ötdükcə qapıları açmaq çətinləşir, düzdür? - Mənə hər şey çox izdihamlı gəlir. Yəni insanlar çoxdur. Bunun zamanla bir əlaqəsi var. Evdəki əşyalarım da məni sıxmağa başlayıb. Bir daha izləməyəcəyimə əmin olduğum dvd-lərimi dostlarıma verdim. Kitablarıma baxdım, oxumayacağıma əmin olduqlarımın hamısını verdim və ya başladığım amma xoşuma gəlməyən kitabları da artıq verirəm. Daha çox sadələşmənin tərəfindəyəm. Gitaralarımı satdım, yəni markalarını bilmirdim. Doqquz-on ədəd var idi. Yəni dedim ki, iki ədəd yaxşı gitaram olsun, bu qarışıqlıqdan xilas olum.- İnsan izdihamından necə xilas olursan?- İnsanları da bu şəkildə seçirəm, görüşmürəm- DVD-lərdə olduğu kimi qərarlısansa, qarşı tərəf üçün çox çətindir.- Telefon məsələsində də belədir. Artıq zənglərə baxmıram. Bəzən bir-iki gün sonra, bəzən üç həftə sonra geriyə qayıdıram.-Səni də belə qəbul edirlər.- Yəni belə qəbul edənlərlə dost olmaq lazımdır.- Təkliyi sevən insansan, insan tək qalanda hər zaman beyni işləyir.- Həyatda ən çox sevdiyim şey düşünməkdir.- Bunun içində bir də özünü sorğu-suala tutmaq olur- Mən özümlə çox məşğul olmuram.-Bəlkə o tərəfdən xilas edirsən.- Ayrı şeylər fikirləşirəm. Üstəlik bir xasiyyətim da var. Uşaq ruhlu və coşğun biriyəm. Təsadüfən diqqətimi bir şey çəksə, özümü unudub onunla maraqlanmağa başlayıram. Məsələn, bir kitabda Yaxın Şərqlə əlaqəli nə isə oxumuşam, birdən-birə Yaxın Şərq tarixi diqqətimi çəkirsə həmin həftə və ya ay onunla bağlı bütün kitabları oxuyuram. Özümü fikirləşmirəm. Hətta böyük zövqlə davam edirəm. Onunla bağlı bütün verlişləri izləyirəm. Birdən-birə kəsilir və heç nə hiss etməməyə başlayıram. Başqa şeylərdə də belədir, məsələn albom hazırlayıram. Hazırladığım zaman birdən bütün həvəsim ölür onsuz da. Onları hazırlamaqdan çox zövq alıram amma sonrası çətin olur mənim üçün. Bir də qulaq asmıram. Ancaq çaldığım zaman dinləyirəm. Birdən-birə başqa bir şeyə keçirəm. Keçmişdə qalan keçmişə çevrilir mənim üçün -Sevgililərdən necə, bezirsən?- Təbii ki, insanlardan zaman zaman bezirsən amma sevgi elə bir şeydir ki, birdən-birə bu DVD-lərə və kitablara davrandığım kimi davrana bilmirəm. Sevdiyim birisini sonsuza qədər sevirəm. Məsələn, məktəb yoldaşlarımı hələ də çox sevirəm. Neçə il keçdi. 30 il…- Yaxın zamanda tanış olduqların ilə müqayisədə bəlkə də çox sevirsən.- Mənim yaxın dostlarım onsuz da 20 illikdir. Yeni dostlarım adlandırdıqlarım ən az 10 illikdir-Özünü tənbeh etmirsənsə, özünlə barışmısan ya da heç bir problemin yoxdur özünlə.- Barışmıram özümlə, sadəcə qəbul etdim, necə bir insan olduğumu, yəni bu yaşdan sonra necə də olsa dəyişə bilmərəm.-Az da olsa dəyişmisənmi?- Dəyişmişəm. İnsan dəyişir. Bir az rahatlaşır. Demək olar ki, heç nəyin çox da vacib olmadığını görürsən. Məni xoşbəxt edən şey sevdiyim dostlarımla bir yerdə olmaqdır. Necə də olsa, həyatı boyu yüksək yaşamda idi, nə bilim nə idi, belə bir dərdim olmadığı üçün. -İnsanlara ürəyini açmağa nə vaxt başlamısan?- Hardasa 20 yaşlarımda heç belə işlər görməzdim, onsuz da insanlarla çox danışmırdım. Özümlə bağlı heç nə verməməyə çalışardım. Həm də, insan çox cavan olanda necə birisi olduğunu bilmir. Yəni olmaq istədiyi adam olduğunu da düşünə bilir. Daha süni davranır insanlar həmin yaşda və bunun fərqinə da varmır. Çox cavan və həyəcanlı olduğun üçün özünü çox ağıllı hesab edirsən. Halbuki nə təcrübə var, nə ağıllısan, nə də mədəni bir yükə sahibsən… Orada insan daha təmkinli olmaq istəyir və ya olmadığı kimi əks etdirir özünü. Birdən baxırsan ki, sən uşaqlığında nə idinsə, elə osan. Arada üstünə qoyduğun şeylər bəlkə bir az dəyişir amma çox yox, özünlə barışmaq deyil bu, çünki özündə xoşlamadığın şeylər olur, bəzən sənə əngəl yaradır, onları həll etmək istəyirsən amma çox da dəyişməyə çalışmırsan. Belə gəlib, belə gedəcək. -Bəs bunun içində inciklik var?- Məni yalnızca yaxın olduğum insanlar küsdürə bilər. Yoxsa, mənim üçün dünya 6 milyard adamdan ibarət deyil, mənim üçün dünya 6 nəfərdən ibarətdir. Çox asan küsmürəm. Yəni sadəcə yaxınlarım tərəfindən incidilə bilərəm. Sevmədiyim insan məni necə yaralaya bilər ki? - Səni çox sıxırlar deyə fikirləşirsən…- Sıxırlar amma başqalarını da sıxırlar. Yəni məşhur olduğun zaman, bir yerdən yapışanda elə bir şeyə davam edilir. - Özünü gizlətmədiyin üçün bəlkə də sənə daha çox hücum edirlər.- Başqaları özlərini elə müdafiə edir ki. Mənim hər şeyim görünür. Ona görə də açıq hədəfə çevrilirəm. Medya və ya paparazzi tayfası üçün mən rahat hədəfəm.- Düzdür , çünki heç nəyi gizli eləmirsən.- Belə televizorlara-zada çıxmağa utanıram. Amma əldən bir şey gəlməz, əvvəllər gülüb keçirdim, amma indi gülüb keçmirəm, görməzlikdən gəlirəm. Mənimlə bağlı çıxan xəbərlər mediya qovluğu olaraq gəlir. Hardasa bir neçə ildir onlardan bir dənəsinə belə baxmamışam. Heç cəlbedici deyil mənim üçün.- Onsuz da maraqlansan, dözməzsən buna.- Mənə elə gəlir ki, insanlar hər şeyə həddindən artıq diqqət edirlər. yəni karyer və şöhrət dediyiniz şeyi. Başqalarının sənin haqqında fikirləşdiklrəinin mənası nədir?- Təbii ki, sən bunları əldə edib, razı qalmış birisi kimi danışırsan.-Yəni mən tamamilə belə olmasam da, hər zaman bu xarakterdə olmuşam. Sənə bir az hücum edirlərmi dedin?-Bəli, sıxışdırırlar dedim. Uşaq olanda da belə idi. Yəni məşhur olmayanda da. Yola gedən olmayanda, başqalarının fikirlərini vecinə almayanda kobud olursan. Bu eyni zamanda bir növ cəsarət hesab olunur və insanın da ən sevdiyi şey cəsarətdir. Səni güclü hesab edirlər və bunun qısqanclığı olur hər halda. Fikirləşirəm ki, mən kiminsə yerində də olmaq istəmirəm. Heç kimi qısqanmıram da. Başqalarının uğurlarına sevinirəm. Ən azından uğursuzluqları məni sevindirməz. Heç kimin, hətta sevmədiyim insanların… Məndə nifrət hissi çox inkişaf etməyib. Mənə pislik edən adamlara da nifrət edə bilmirəm. Bağışlayırsan da…- Bağışlaya bilirsən yəni?- Vecinə almadığın zaman bağışlamaq rahatdır. Yaxınlarını insan çətin bağışlayır. Bir də illər keçdikcə, insan daha yaxşı biri olur. Çox iddiham edilirsən. Həyat çətindir. Hər kəsin cürbəcür dərdi var. Bu istəklərinə təsir edir. Hərəkətlərinə təsir edir. Vecimə almıram. - Sevgisini gizli saxlayan birisi olduğunu fikirləşirdim, amma, deyəsən hər-hansı şəkildə göstərirsən.- Mənim sevgim anlaşılır, yəni mən belə vıcık vıcık bir adam deyiləm, çox dilə də almıram. Amma qısa müddətdə hər kəs başa düşər mənim necə birisi olduğumu, dar mənada başa düşməzlər. Daha duyğusuz, daha ruhsuz biri kimi görünürəm…-Küsdürdüyün adamlar olur?- Bilərəkdən eləmirəm, amma insanın özü ilə bağlı bir problemi olanda, başqalarına çox diqqət edə bilmir. Ətrafındakıları incidə bilirsən. İnsanların, daha doğrusu, dostlarımın mənimlə əlaqədar problemi çətin tapılmağımdır. İnsan olaraq əlçatmaz deyiləm, sadəcə məni hər dəqiqə tapa bilmirlər.Əgər, mən bir az əvvəl dediyim kimi, nəyəsə ilişdimsə artıq dünyaya qapılarımı tamamilə bağlayıram. O dünyanı heç kim görə bilməz. İnsan münasibətlərində də problemim o olur. Çox sevdiyim adamlarla aylarla görüşməyə bilirəm. -Belə vəziyyətdə inciyirlər yəqin…- İnciyərlər, amma nə də olsa məni yaxından tanıdıqları üçün həmin adamlar… 20 illik dostunla, 20 il əvvəlki problemini o qədər vaxt keçdikdən sonra dilinə gətirmirsən. Onu artıq qəbul etmisən. Mən də insanları həmin şəkildə qəbul edirəm. yəni hər kəsə qarşı rolumuz dəyişir. Hər birliyə, hər insana… Səninlə ayrı münasibət yaradaram, bir başqası ilə ayrı. Yəni təkcə bir xarakterimiz yoxdur. Məsələn insan münasibəti qurmaq üçün ortaq məxrəcə gəlmək və ya birləşə biləcəyim başqa bir yol lazımdır.-Yaxşı, qadınlarla münasibət uzun olur? Həqiqi sevgili bəlkə başa düşər o halı.- Başa düşər…- Amma qadınlar diqqət gözləyirlər.- Əslində, mən bu vaxta qədər qəbul olunmuşam. Hətta təşəkkür də etmək lazmıdır. Həqiqətən tipəm. Yəni kiminləsə birlikdə yaşayırsan və birdən o adam, - ki, mən özümdən danışıram- kosmosdan gəlmiş birisinə çevrilir, sadəcə bir şeylə maraqlanan, dünyadakı heç nəyi görməyən bir adam ola bilirsən. Yəni diqqət gözləyən birisi varsa, bir neçə gün elə hərəkət etməyə məcbur olur ki, sanki sən yoxsan. - Buna görə də özünə çox güvənən qadın lazımdır…- Özünə güvənən, bir də çox anlayışlı olmalıdır. Yaxşı mən onun qarşısında çox anlayışlı biriyəm? Yox, belə hesab etmirəm amma insanların üstünə yük, məsuliyyət qoymamağa çalışıram. Dır-dır eləmirəm. - O adama elədiyin xüsusi bir şey var mütləq. - Diqqətli olmağa çalışır insan, qayğıkeş olduğu zamanlarda. Hər zaman yox, əlbəttə ki, yəni zamanla dəyişdiyi üçün adamın xasiyyəti… Mən özümü fikirləşdiyim vaxt, olduğumu hesab etdiyim tam əksinə ziddiyyətlərim də var. Bax onların hamısını qəbul edə biləcək adam necə olsun. O səbəbdən də münasibət qura bilmirsənsə, zaman-zaman heç kimi görmürəm. Üç gün müddətində heç kimi görmədən, ayağımı çölə atmadan evdə otururam. - Yaxşı sənin içki məsələn çox müzakirə olunur. Mutsuz olduğun üçün içirsən, yoxsa ətrafa uyğunlaşmaq üçünmü?- Birinci, mən içdiyim zaman çox əylənirəm, əgər içki içməsəm gecə çıxmaq mənim üçün əzabdır. Sadəcə çölə çıxıdığım vaxt içərəm. Yoxsa evdə heç içki içmirəm, ağzıma pivə belə almıram. O məni sosial və insanlara qarşı daha mehriban edir. Aradakı əngəlləri daha rahat qırıram, yoxsa ərinirəm, yəni insan münasibəti yaratmağa da ərinirəm. Belə şeylər də var. Kimsə masaya oturar, qarşıdakı ilə çox gözəl uzun-uzadı söhbət edər. Mən bunu heç bacarmıram, bu mənə çox uzaqdır.-Hər zaman belə olub, yox?- Həmişə belədir, mənim üçün yanıma birsinin əyləşməsi əzabdır- (öz vəziyyətimi fikirləşərək) aman Allah- (Gülərək) yox, ondan danışmıram, rastlaşarsan, ya da masada kimsə oturar. Səyahətə çıxırsan, təyyarədə yanında kimsə oturar, necəsə münasibət yaradar amma mən danışmaq istəmirəm-Sən incə bir tərzdə bunu hiss etdirirsən onsuz da.- Hər deyirəm, tək qalmaq istəyirəm, deyirəm. Dostlarıma da deyirəm, onlar da bilir. “ Nəysə, qardaş, mən tək qalmaq istəyirəm” deyirəm, hər kəsi də göndərirəm.-Evdən göndərərsən?- Bəli- Ayıb deyil?- Onda niyə dostuq, niyə səmimiyik?- Sənə belə davranılsa sən başa düşərsən yəni?- Mən başa düşərəm, üstəlik mən bunu səmimiyyət göstəricisi olaraq qəbul edirəm. “Qardaşım, mən tək qalmaq istəyirəm” dediyin zaman başa düşəcək. Mən belə birisi olduğum üçün, başqasını elə yaxşı başa düşürəm ki.- Mən sənin xoşbəxt olmadığını fikirləşirəm, səhv edirəm?- Mən hər şeydən tez bezən bir adamam. Mənim həyatımı yönəldən şey sıxıntıdır. Mənim ürəyim hər zaman sıxılır. Yəni, bir çox şey dad gətirmir. Başqaları üçün çox əyləncəli olan şeylər, mənim üçün deyil. Amma böyük şeylər məni xoşbəxt etmədiyi halda, uydurma: gözəl bir kitab, əsən bir kölgəlik dünyanın ən yaxşı yerində olduğum hissini verir. - Kiçik şeylər yəni?- Kiçik şeylər xoşbəxt edir məni. Yəni, indi mənim bir dənə sarayım olsa, nə mənası var? Bir az öncə dediyim kimi kölgəlik, gözəl bir kitab, bəlkə bir neçə köhnə dost, əllinci-yüzüncü dəfə bir-birimizə danışdığımız orta məktəb xatirələrimiz. - Neçə yaşına qədər yaşamağı düşünürsən.- (gülümsəyir) Bilmirəm ki… Tez keçsə yaxşı olar. Onsuz da bezdiricidir, Yəni yaşamaq istəmirəm yox, çox bezdirici olmadan yaşamaq istəyirəm. İndi də qurtara bilər, sonra da. -Ciddisən?- Kazanatakisin (Nikos Kazantzakis – yunan şairi, 1883-1957- tərc.) bir sözü var, deyəsən məzarında yazılıb; “ümidim yoxdur, qorxum yoxdur, azadam” yaxşı tərcümə edilməyə bilər. Mən heç nə gözləmirəm. Həyatda heç nədən qorxmuram, sadəcə dostlarıma nə isə olar deyə qorxuram. Sadəcə budur, mənim həyatdakı qorxum.-Azadsan həm də.- O azadlıq insanı ayrı bir varlıq probleminə aparır. Heç nə ilə əlaqən olmur. Mənim indi həyatda heç bir istəyim yoxdur. Mənim heç kimə hər hansı bir tələbim yoxdur. Hərdən fikirləşirəm, kaş ki, ürəyim pul qazanmaq istəsə ona çalışardım. Nəyi istəsəm edə bilərəm, istədiyim şeylərə qarşı qabiliyyətim var, ya da qabiliyyətim olan şeyləri istəyirəm.- Məncə çox dəxlisiz bir şey istəsən də, sən onu eləmək üçün çalışarsan.- Eh, onsuz da o qədər mənasız işlərlə məşğul oluram ki, heç kimə göstərmək problemim olmadan yazıram, nə isə cızma qara edirəm, rəsm çəkirəm, heç kimə aidiyyatı olmayan mövzularda hardasa dərs kimi məşğul oluram. Bunlar mənim həyatda heç bir işimə yaramayacaq, amma uşaq kimi bir adamam da. Amma bir şeyi istəyərdim, nəyəsə biraz bağlılığım olsa, yaxşı olardı. Daha doğrusu maraqlarım yarım-yarımçıqdır mənim. Orxan Pamuk və ya digərlərini götürək, onların çox gözəl nailiyyətləri var. Nobeli hədəf alırsan. 20-30 il keçir və qazanırsan. İnsanların belə hədəfləri var. Mənə sabah 9 ədəd Gremmi versələr, mən yenə xoşbəxt olmayacam. Bu axşam versələr, bütün dünya məni tanısa vecimə deyil, vecimə olanlar daha əyləncəlidir amma. Doğrusu, həm gerçəkləşdirməyən, həm də ümidli birisi olması daha da pisdir.
/// Abzas.net, tərcümə etdi Zöhrə Poladlı