Ötən gün saat 12:30 radələrində Neftçala rayonunda yaşlı qadın özünü Kürdə boğub.Rayon Prokurorluğundan verilən məlumata görə, 1940-cı il təvəllüdlü Fəridə Baloğlan qızı Cavadova özünü Kür çayına atıb.Qadının meyiti sudan çıxarılıb. Qadının təqaüdçü olduğu bildirilir.Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, hadisənin səbəbləri araşdırılır.