Əmək pensiyalarının ödənişi üçün plastik kartlarla bağlı hər hansı dəyişiklik baş verməyib.Bu barədə AZXEBER.COM-a Dövlət Sosial Müdafiə Fondundan məluat verilib.Məlumatda deyilir ki, son günlər əmək pensiyaçılarının plastik kartlarının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı əhali tərəfindən Dövlət Sosial Müdafiə Fonduna çoxsaylı müraciətlər daxil olub.