Təqaüdə görə anasının cəsədini 2 il dolabda gizlətdi

Təqaüdə görə anasının cəsədini 2 il dolabda gizlətdi
DÜNYA
01:51 20.10.2021
392
İtaliyada qeyri-adi cinayət hadisəsi baş verib.
 
AZXEBER.COM xəbər verir ki, "La Repubblica" qəzeti Buççinasko sakininin öz anasının cəsədini iki il dolabda gizlətdiyini yazıb.
 
Anasının ölümünü üzə çıxarmamaqda məqsəd isə italiyalının təqaüdü gizli şəkildə alması olub.
 
Hüquq-mühafizə orqanları üzə çıxarıblar ki, 50 yaşlı kişinin 80 yaşlı anası 2019 -cu ilin noyabr ayında "Alzeymer" xəstəliyinin aqressiv formasından əziyyət çəkərək ölüb. Polislər yaşlı qadının cəsədini gil ilə dolu torbada tapıblar.

Skeletinin mənsubiyyəti hələlik mütəxəssislər tərəfindən təsdiqlənməsə də təqaüd fırıldaqçısı anası ilə bağlı cinayəti artıq etiraf edib.

Onun bank hesablarına həbs qoyulub. O, təxminən iki il ərzində anası üçün köçürülən aylıq 1700 avronu xərcləyib.
OXŞAR XƏBƏRLƏR