"“Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün şərəf və qürur mənbəyidir"

"“Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün şərəf və qürur mənbəyidir"
MEDIA
15:05 22.07.2025
663

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün böyük bir şərəf və qürur mənbəyidir. Bu ali mükafata layiq görülmək mənim kiçik fəaliyyətimə verilən yüksək dəyərin göstəricisidir. Prezidentin bu təltifi gələcək fəaliyyətim üçün daha böyük məsuliyyət yaradır. Mənə bu etimadı göstərdiyinə görə cənab Prezidentə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm". 

Bu sözləri Azxeber.com informasiya portalının baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.

O qeyd edib ki, jurnalist fəaliiyətinin ən böyük mükafatına layiq görülüb: 

"Prezident tərəfindən "Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün unudulmaz bir hadisədir. Bu ali mükafat, 17 illik mətbuat fəaliyyətimə verilən yüksək dəyərin göstəricisidir. 2008-ci ildən bəri Azərbaycan mətbuatında yazılarım dərc olunur. Bu illər ərzində daim peşəkarlığa, obyektivliyə, dövlətə və dövlətçiliyə xidmət etməyə çalışmışam. 2025-ci ildə Azərbaycan Milli Mətbuatının 150 illik yubileyində belə bir təltifə layiq görülmək mənim üçün həm böyük qürurdur, həm də gələcək fəaliyyətim ikiqat məsuliyyət yaradır".

Qeyd edək ki, Hacıbəy Heydərli 1991-ci ildə Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə Bakı şəhəri, Binəqədi rayona 283 nömrəli məktəbdə təhsil alıb. 2008-2012-cildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr təhsili alıb. Magistr təhsilini Türkiyənin Bahçeşehir Universitetində Beynəlxalq münasibətlər və siyasətlər fakültəsində alıb. 

"İrəli Media Akademiyası” və Bakı Jurnalistika məktəbində təhsil alıb. Daha sonra "İrəli Media Akademiyası” və "İradio” layihəsinin rəhbəri olub.
Hacıbəy Heydərli 2012-ci ildə ABŞ-da "Yeni media və blogerlik” təlimlərində iştirak edib.
Əmək fəaliyyətinə 2008-ci ildə tələbəlik illərində başlayıb. BDU Jurnalistika fakültəsinin ilk bloqu olan Jurfak.tk bloqunu təsis edib.
2010-cu il 13 aprel tarixində Azərbaycanda tələbə-jurnalistlərin yaratdığı ilk xəbər saytının təsisçilərindən olub, həmin tarixdən Azxeber.com informasiya portalının baş redaktoru olub.
Hacıbəy Heydərli gənclər sektorunda bir çox layihənin rəhbəri olub. Gənclər Fondunun dəstəyi ilə "Gənc jurnalistlər arasında futbol çempionatı”, "Mənim dogma vətənim – Gənc jurnalistlər arasında videomüsabiqə” , "Gənc istedadların sosial şəbəkələrdə təbliği” və başqa layihələrin rəhbəri olub. 2013-cü ildə "Gənclərin lideri – İlham Əliyev” virtual platformasının yaradıcısıdır.
"Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin baş katibidir. Təşkilat bir çox yerli və beynəlxalq layihələr icra edib.

Hacıbəy Heydərli ABŞ, Fransa, İtaliya, Türkiyə, Belçika, Ukrayna, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Niderland, Finlandiya, Moldova, Monteneqro, Özbəkistan, Qırğızıstan, Tacikistan, Belarus kimi ölkələrdə ölkələrdə internet media, sosial şəbəkə və gənclərlə bağlı keçirilmiş tədbirlərin iştirakçısı olub, müxtəlif ölkələrdə Azərbaycan həqiqətləri ilə bağlı tədbirlərin təşkilatçılarından olub. O "Xocalıya ədalət” Beynəlxalq Platforması çərçivəsində bir çox ölkədə baş tutan tədbirlərdə iştirak edib. Xocalı soyqırımına həsr edilmiş "26” filminin layihə icraçılarından olub.

Yazıları Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Monteqro, Moldova, Özbəkistan, Qırğızıstan, Belarus mətbuatında dərc edilib.

Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. Mətbuat Şurasının İdarə Heyətinə üzvlüyü yüksək səs çoxluğu ilə dəstəklənib.

Ailəlidir, 2 qız övladı var.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
18:59 24.08.2026
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
18:41 24.08.2026
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
“Survivor” dördüncüsü ailə qurdu
18:27 24.08.2026
“Survivor” dördüncüsü ailə qurdu
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
18:09 24.08.2026
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
18:02 24.08.2026
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
17:58 24.08.2026
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq