"TERMİNATOR" QATİL FAHİŞƏNİ BAĞIŞLAYIB, GEDİR

Bütün Xəbərlər
13:17 03.01.2011
1806

 

Bu gün öz postunu tərk edən Kaliforniya qubernatoru Arnold Şvartsnegger ömürlük həbsə məhkum olunmuş qadını bağışlayıb. Bu barədə "Assoşieyted press" xəbər yayıb.

Bu qadın 1994-cü ildə Kaliforniyadakı moteldə öz sutenyorunu qətlə yetrimiş Sara Kruzandır. O zaman fahişəliklə məşğul olan Saranın 16 yaşı olub.

İstintaq müəyyən edib ki, Sara Kruzan həmin sutenyora işləmək istəmirmiş, o isə ona təzyiq göstərirmiş. nəticədə gənc fahişə onu güllələməli olub.

Əfv olunmaq üçün ştat qubernatoruna ərizə yazan S.Kruzan qeyd edib ki, uzun müddətlik həbs həyatında o, sürəkli zorakılığa məruz qalıb və hazırda "əzilmiş qadın sindomu"ndan əziyyət çəkir.

Şvartsnegger qərara alıb ki, 16 yaşlı qıza olduqca ağır cəza verilib. O, Saranın ömürlük həbs cəzasını 25 illik həbslə əvəzləyib və hazırda 32 yaşı olan qadına 9 ildən sonra azadlığa çıxmaq hüququ verib.

Xatırladaq ki, ştat qubernatoru postunda iki müddət çalışan məşhur aktyor 2010-cu ilin noyabrında keçirilən seçkilərdə iştirak edə bilmədi. Onu bu postda Cerri Braun əvəz edəcək.

OXŞAR XƏBƏRLƏR