Terrorçular mühasirəyə alındı: əllərində girov var - FOTOLAR

DÜNYA
15:38 09.01.2015
2178

Terrorçular təslim olmaq istəmir, müqavimət göstərirlər

Fransanın AFR xəbər agentliyi Parisin Şimal-şərqində girov krizi yaşandığı haqqında məlumat dərc edib.

Musavat.com-un məlumatına görə, hadisənin Fransadakı basqınlarla əlaqəli olub-olmaması hələlik məlum deyil.

Bildirilir ki, Danmartin-en-golede şəhərində avtomobil dayanacağında "Pejo" markalı avtomobili oğurlayıb iki nəfəri isə girov götürüblər. Hadisə yerində polislə şübhəlilər qaçdı-tutdu "oynayır". Şübhəlilərin tutulması an məsələsidir. Bütün telekanallar isə canlı yayıma keçib. Bölgədə bir az əvvəl silah səsləri də eşidilib. Çox sayda yaralı var.

Fransanın daxili işlər naziri şübhəlilərin bir zavod binasına sıxışdırıldlğını açıqlayıb. Terrorçular zavodda da 10-dan çox adamı girov götürüb. “La Fiqaro” qəzeti bildirib ki, terrorçular danışıq aparmağa çalışır.

Cinayətkarları havadan 3 vertolyot da təqib edir. Ərazidə sakinlərin çölə çıxmasına qadağa qoyulub. Polislə cinayətkarlar arasında atışmada isə 1 nəfərin öldüyü bildirilsə də sonradan bu məlumat prokurorluq tərəfindən təkzib olunub.

Şübhəlilərin Şərif və Səid qardaşları olduğu artıq təsdiqlənib. Terrorçu qardaşlar hazırda mühasirəyə alınıb.

Fransa prezidenti Fransua Olland isə çıxış edərək bildirib ki, terror həyata keçirənlər hələ ki, həbs olunmayıb.

Əməliyyata 90 min polis və əsgərin cəlb olunduğu bildirilir.

Ərazidəki məktəblər bağlanıb. İstər fransızlar, istərsə də müsəlmanlar böyük narahatlıqla bir an əvvəl hadisənin yekunlaşmasını gözləyir.

OXŞAR XƏBƏRLƏR