Terrorçulardan birinin də kimliyi bilindi

Terrorçulardan birinin də kimliyi bilindi
DÜNYA
17:26 01.07.2016
1619
Türkiyənin Atatürk hava limanına hücum edərək 44 nəfərin ölümünə səbəb olan terrorçulardan daha birinin kimliyi müəyyən edilib.
Terror aktını törədən şəxslərdən biri də Rakib Bulgarovdur. Onun Rusiya vətəndaşı oluğu bildirilir.
Qeyd edək ki, bundan öncə terrorçulardan Vadim Osmanovun adı müəyyən edilmişdi. Əslən çeçen olan Osmanovun da Rusiya vətəndaşı olduğu deyilir.
Xatırladaq ki, iyunun 28-də Atatürk hava limanında 3 canlı bombanın iştirakı ilə törədilən terror aktı nəticəsində 44 nəfər ölüb, 239 nəfər yaralanıb.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR