Tərtər sakini Bakıda 2 kiloqram narkotiklə saxlanılıb

SOSİAL
10:31 05.01.2025
136
Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Tərtər rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunan Ş.Həsənli saxlanılıb.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Ürəzinə baxış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR