Tərtərdə avtomobillər toqquşdu - Yaralanan var

Tərtərdə avtomobillər toqquşdu - Yaralanan var
HADİSƏ
21:08 12.10.2025
316
Bu gün saat 17:10 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində "Opel” və "Lada” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, nəticədə "Lada” markalı minik avtomobilinin sürücüsü, 1998-ci il təvəllüdlü Əliyev Orxan Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalıb.
 
Bu zaman xidmətdən kənar vaxtda həmin ərazidə olan Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşı, daxili xidmət baş çavuşu Mirişov Elxan Əhməd oğlu dərhal qəza yerinə yaxınlaşaraq, sürücünü deformasiyaya uğramış avtomobildən çıxararaq ilkin yardım göstərib və onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib.

 


OXŞAR XƏBƏRLƏR