Tərtərdə dəhşət: Oğul atasını öldürdü, anasını bıçaqladı

Tərtərdə dəhşət: Oğul atasını öldürdü, anasını bıçaqladı
Bütün Xəbərlər
11:26 25.08.2014
1830
Oğul pula görə atasını öldürdü, anasını yaraladı
AZXEBER.COM EL TV-yə istinadən bildirir ki, Tərtər rayonunun Bayandur kənd sakini, 29 yaşlı Arzuman Vəliyev valideynlərini bıçaqlayıb. Nəticədə ata,1955-ci il təvəllüdlü Sərdar Vəliyev yerindəcə keçinib. Ana, Gülbəs Vəliyeva ağır xəsarətlərlə Bərdə Rayon Xəstəxanasına yerləşdirilib. Hadisədən sonra Arzuman Vəliyev qaçıb. O, yaxınlıqdakı Zona Təcrübə Stansiyasıın ərik bağında yerli bələdiyyə işçiləri tərəfindən tapılıb. O, tutulub.
Bayandur kənd sakinlərinin bildirdiklərinə görə, Arzuman Vəliyev ruhi xəstədir. O, bir dəfə Gəncə Ruhi Əsəb Dispanserində müalicə olunub. Bir neçə gün öncə isə valideynləri onu müalicə üçün İrana aparıblar. Saxlanılan şəxs bildirib ki, valideynlərindən pul istəyib. “Yox” cavabını aldıqdan sonra bıçağa əl atıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
24.08.2014
15:46
Bu gün Tərtər rayonunda dəhşətli hadisə baş verib. AZXEBER.COM lent.az-a istinadən bildirir ki, rayonun Bayandur kəndində 1985-ci il təvəllüdlü Arzuman Vəliyev valideynlərini öldürmək məqsədi ilə onları bıçaqlayıb.
29 yaşlı oğlan əvvəlcə atası Sərdar Vəliyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, daha sonra anası Gülbəs Vəliyevaya hücum edib və anasına ağır zərbələr endirib. Qadın Bərdə rayonunda xəstəxanaya yerləşdirilib, vəziyyəti kritikdir.
 
Hadisəni törədən oğul tutulub. Onun ana-atasını hansı səbəbdən öldürməyə qərar verməsi dəqiq bilinmir.
 
Digər məlumata görə, hadisəni törədən A.Vəliyev ruhi-əsəb xəstəsidir. O saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR