Tərtərdə ər-arvad intihara cəhd edib

KRİMİNAL
17:08 09.01.2014
1874
Tərtər rayonunda intihara cəhd olunub.

Tərtər rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün baş verib. Tərtər rayon sakinləri, 1983-cü il təvəllüdlü Turan Həsənov və onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Gülnar Həsənova sirkə turşusu içərək intihara cəhd ediblər. Ailə üzvləri tərəfindən dərhal xəstəxanaya çatdırılan ər və arvadın həyatını xilas etmək mümkün olub. Həkimlər onların vəziyyətini orta-ağır qiymətləndirirlər.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, intihara cəhd edən ər-arvad arasında qısqanclıq üstündə mübahisə düşüb. Onlar məhz bu səbəbdən intihar etməyə qərar veriblər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR