Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları bir neçə kəndlərdə problemlər yaradıb.ANS PRESS-in məlumatına görə, havanın kəskin dəyişməsi Tərtərdən də yan keçməyib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları Borsunlu, Dəmirçilər və Sarov kəndlərində bir neçə evin zirzəmisinə dolub.Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi müvafiq xilasetmə qüvvələri və texnikası ilə yağıntının fəsadlarını aradan qaldırmaq üçün əraziyə cəlb edilib.