"Təsir müddəti 1 gündür" - Astroloq açıqladı

MARAQLI
11:10 23.08.2024
227
"Merkuri və Xiron arasında üçbucaq yaranacaq və onun təsir müddəti 1 gündür".
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında paylaşıb.
 
O, paylaşımında bildirib:
 
"Keçmiş travmalar və ya emosional yaralar haqqında danışmaq üçün ideal vaxt ola bilər. Köhnə yaralarla qarşılaşmaq və onları qəbul etmə prosesinə başlamaq yaxşı ola bilər. Başqaları ilə daha dərin və mənalı söhbətlər edə bilərsiniz.
 
Digər insanın emosional ehtiyaclarını daha yaxşı başa düşə və onlara dəstək ola bilərsiniz. Yeni bir perspektiv əldə etmək, köhnə düşüncə tərzini dəyişdirmək və daha müsbət, konstruktiv düşüncə tərzinə keçmək mümkün ola bilər. Bu gün həll olunması çətin görünən məsələlər öz həllərini tapa bilər".
 
Oksana

OXŞAR XƏBƏRLƏR