Texasda güclü daşqın nəticəsində ölənlərin sayı ən azı 111 nəfərə çatıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, fəlakətin ən çox zərər çəkdiyi Kerr dairəsində itkin düşənlərin sayı 170-i ötüb. Axtarış-xilasetmə işləri davam edərkən, yerli rəsmilər itkilərin sayının əvvəllər bildiriləndən daha çox ola biləcəyini bildirir.
Bildirilir ki, Kerr qraflığında və ətraf ərazilərdə düşərgələr əsasən su altında qalıb və bir çox düşərgəçi qeydiyyatdan keçdiyi üçün dəqiq rəqəmlər əldə etmək çətindir.
İki yüksək rütbəli hökumət rəsmisi itkilərin sayının ictimaiyyətə bildiriləndən çox ola biləcəyi barədə xəbərdarlıq edib.
Gülay