Texniki baxışla bağlı VACİB MƏLUMAT

SOSİAL
13:27 23.10.2019
4681
Texniki baxışla bağlı sürücülərə məlumat verilməsində yenilik edilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu təşəbbüs Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən irəli sürülüb və müsbət həllini tapıb.

İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Baş DYP İdarəsi Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə əhalinin məmnunluğunun təmin edilməsi məqsədi ilə "ASAN” xidmətə müraciət edərək texniki baxışın bitməsi barədə sürücülərə SMS vasitəsi ilə məlumat verilməsi xidmətinin yaradılmasını təklif edib. Verilən təklif müsbət qiymətləndirilərək bu xidmət operativ şəkildə aktiv olunub.

Bundan sonra nəqliyyat vasitələrinin sahiblərinə texniki baxışın bitməsinə 10 gün qalmış SMS-lə məlumat verilməsi nəzərdə tutulur və növbəti texniki baxışdan keçirilməsinədək olan vaxt barədə də məlumat yazılır: "Hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün yaradılmış elektron kabinetdə texniki baxışla əlaqədar müvafiq məlumatların yerləşdirilməsinə baxmayaraq, əvvəllər sürücülər narazılıq edirdi ki, texniki baxışdan keçmə vaxtını unutmuşam, üstündən 1-2 il vaxt keçib, yadımda qalmayıb, elektron kabinetdən də istifadə edə bilmirəm. Biz də bu problemi həll etmək üçün "ASAN” xidmətin köməyi ilə SMS məlumatlandırma xidmətini yaratmaq qərarına gəldik. Amma bunun üçün sürücülərin də atmalı olduğu bəzi addımlar var”.

Şöbə rəisi Asanpay.az saytında qeydiyyatdan keçməyən sürücülərdən xahiş edir ki, həmin saytda FİN kod vasitəsilə elektron qaydada qeydiyyatdan keçsinlər və bu xidmət avtomatik olaraq həmin sürücülər də aktiv olsun: "Çünki sürücünün telefon nömrəsi sistemdə olmadıqda onlar bu xidmətdən yararlana bilməyəcəklər".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:24 13.07.2020

Ermənilərin 20 nəfərdən çox şəxsi heyəti darmadağın edildi - VİDEO

20:37 13.07.2020

Ermənilərin atdığı top mərmisi bu evə düşüb

19:53 13.07.2020

Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

19:47 13.07.2020

ATƏT Minsk qrupu həmsədrləri: Qarabağda gərginləşməyə yol vermək olmaz

19:31 13.07.2020

XİN: “Ermənistanın törətdiyi təxribat yeni bir aqressiya, təcavüz aktıdır” - VİDEO

19:17 13.07.2020

Gürcüstan prezidenti Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

18:35 13.07.2020

Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar - RƏSMİ

18:27 13.07.2020

"Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir"

18:25 13.07.2020

"Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur"- Rəsmi

17:59 13.07.2020

Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı

17:50 13.07.2020

Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb

17:27 13.07.2020

Ermənilər itkilərini etiraf etməyə başladılar

17:22 13.07.2020

MTRŞ-dan telekanallara: Daha operativ davranmağı tövsiyə edirik

17:12 13.07.2020

KTMT-nin təcili iclası təxirə salındı

16:51 13.07.2020

"Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub" - Müdafiə Nazirliyi

16:47 13.07.2020

Deputat: “Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki…”