Texniki Universitetdə yanğın çıxdı

Texniki Universitetdə yanğın çıxdı
Bütün Xəbərlər
10:59 11.11.2011
1611

Bu gün səhər saatlarında Azərbaycan Texniki Universitetinin 2-ci korpusunda yanğın hadisəsi baş verib. Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, yanğın korpusun 3-cü mərtəbəsində çıxıb. Şahidlərinin verdiyi məlumata görə, təsərrüfat işləri üzrə prorektorun otağı tamamilə yararsız hala düşüb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX)əməkdaşları yanğının qarşısını almağa nail olub.

Yanğın nəticəsində xəsarət alanın olub-olmaması isə hələlik məlum deyil.

OXŞAR XƏBƏRLƏR