‘Texnologiyalar dünyasi’ layihəsinin ikinci təqdimatı keçirildi

‘Texnologiyalar dünyasi’ layihəsinin ikinci təqdimatı keçirildi
GƏNCLİK
15:28 08.04.2014
1958

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Texnologiyalar dünyasi” layihəsinin ikinci təqdimatı və təlimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirildi.

Layihənin məqsədi Bakı və Sumqayıtda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmə əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.

Layihə çərçivəsində Gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə, yeni texnologiyalar vasitəsi ilə maraq oyatmaq, internet resurslarindan səmərəli istifadə etmək üçün məlumatlar vermək, internetdə alış veriş edilməsini praktiki göstərmək, CV-nin yazılma qaydaları, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsinə şərait yaratmaq, gənclərin məsğulluğunu artırmaq, aktiv vətəndaş konseptini aşılamaq və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanaraq, maarifləndirici bukletlər nəşr edilmişdir. Həmçinin bunları əyani olaraq əks etdirən “Texnologiyalar dünyasi” adlı videoçarx hazırlanaraq, təqdim edilmişdir. Layihə çərçivəsində həyata keçirilən seminarlarda iştirak edən 100 nəfərdən çox tələbə və media nümayəndələri iştirak edib.

Tədbirin sonunda seminarda iştirak edənlərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Texnologiyalar dünyasi” layihəsi çərçivəsində seminarların nə zaman və harada keçirilməsi ilə bağlı posterlər keçiriləcək müəssisələrindəki elan lövhələrinə vurulur.

OXŞAR XƏBƏRLƏR