‘Texnologiyalar dünyası’ layihəsinin təqdimatı olub - FOTO - VİDEO

GƏNCLİK
01:29 06.04.2014
1933

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Texnologiyalar dünyası” layihəsinin təqdimatı və layihənin gənclər üçün ilk seminarı keçirilib.

Seminarda çıxış edən “Texnologiyalar dünyası” layihəsinin rəhbəri Elmar Məmmədov bildirib ki, layihənin məqsədi Bakı və Sumqayıtda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmə əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır. Onun sözlərinə görə, layihə çərçivəsində Gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə, yeni texnologiyalar vasitəsi ilə maraq oyatmaq, internet resurslarından səmərəli istifadə etmək üçün məlumatlar vermək, internetdə alış veriş edilməsini praktiki göstərmək, CV-nin yazılma qaydaları, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsinə şərait yaratmaq, gənclərin məşğulluğunu artırmaq, aktiv vətəndaş konseptini aşılamaq və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanaraq, maarifləndirici bukletlər nəşr edilib. Həmçinin bunları əyani olaraq əks etdirən “Texnologiyalar dünyası” adlı videoçarx hazırlanıb.

Layihə çərçivəsində həyata keçirilən seminarlarda iştirak edən 100 nəfərdən çox tələbə və media nümayəndələri iştirak edib.Tədbirin sonunda seminarda iştirak edənlərə sertifikatlar təqdim olunub.

OXŞAR XƏBƏRLƏR