Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov yığmamızı təmsil edəcək

İDMAN
13:30 29.10.2013
977

Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov komandalar arasında şahmat üzrə Avropa Çempionatında Azərbaycan yığmasını təmsil edəcəklər.

AZXEBER.COM-un verdiyi xəbərə görə, 7-18 noyabr tarixlərində Varşavada keçiriləcək komandalar arasında şahmat üzrə Avropa Çempionatında çıxış edəcək Azərbaycanın yığmasının heyəti açıqlanıb.Kişilərdən ibarət komandaya Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynov daxil olub. Qadınların yığmasında isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Xəyalə Abdulla və Nərgiz Umudova daxil olub. Hər iki turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

OXŞAR XƏBƏRLƏR