Təyyar Eyvazov: "Hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir və nəzarət altındadır"

SAĞLAMLIQ
09:59 05.08.2022
467
"Hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir və nəzarət altındadır".

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O, qonşu ölkələrin statistik məlumatlarına diqqət çəkib: "Görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstanda, Rusiyada, Türkiyədə və İranda dəfələrlə artıb. Azərbaycanda da son zamanlar yoluxma sayında artım müşahidə olunur. Əksər məhdudiyyətlərin xeyli vaxtdır ki aradan qaldırılmasına baxmayaraq, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir və nəzarət altındadır".

OXŞAR XƏBƏRLƏR