Təyyarə qəzası ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub

Təyyarə qəzası ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub
DÜNYA
16:02 29.11.2016
1388
Braziliya prezidenti Mişel Temer "Şapekoense" klubunun futbolçularının təyyarə qəzasında vəfatı ilə əlaqədar başsağlığı verib.
 
"Report"un məlumatına görə, dövlət başçısı qəza qurbanlarının yaxınları və əzizlərinin ağrılarını yüngülləşdirmək üçün mümkün olanı edəcəyini bildirib. Faciəvi hadisə ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub. Qeyd edək ki, "Şapekoense" Kolumbiyaya "Atletiko Nasyonal"la Cənubi Amerika Kubokunun finalına yollanarkən, təyyarə qəzasına düşüb. Qəza nəticəsində 76 nəfər ölüb. Qəzadan sağ çıxanlardan qapıçı Danilu isə xəstəxanada dünyasını dəyişib. İki oyunçu, klub masajçısı və stüardessanın isə vəziyyəti sabit qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR