Təyyarə qəzasında ölən futbolçunun məşqçisi: ŞOKA düşdüm...

Təyyarə qəzasında ölən futbolçunun məşqçisi: ŞOKA düşdüm...
SOSİAL
11:21 27.12.2024
274
Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi.

Bunu "Report”a açıqlamasında Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında vəfat edən "Gənclik” futbol klubunun üzvü Məhəmmədəli Eqanovun baş məşqçisi Vasif Rzayev deyib.

O, tələbəsinin qəza xəbərini oxuyanda şoka düşdüyünü bildirib:

"Qəza xəbərini oxuyandan sonra atası ilə əlaqə saxladıq və başsağlığı verdik. Məhəmmədəli yeni ili Qroznı şəhərində qarşılamaq üçün yollanıbmış. Atası hazırda Aktau şəhərindədir və oğlunun nəşini gətirmək üçün ora gedib. Bizim üçün ağır dərddir. Təyyarə qəzasında dünyasını dəyişən insanlara Allahdan rəhmət diləyirəm. Yaralılara şəfalar diləyirəm”.

Baş məşqçi Məhəmmədəlinin ötən ildən məşqlərə qoşulduğunu söyləyib:

"2023-cü ildən bizim məşqlərə qatılırdı. Komandamızın heyətində bir çox yoxlama görüşlərində iştirak edib. Məşqlərdə özünü çox intizamlı aparırdı. Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi. Məşqçi-müəllimlərin və komanda yoldaşlarının rəğbətini qazanmışdı. İstedadı var idi, məşqlərdən olan video görüntülərini paylaşmışdıq. Orta məktəbdə dərslərindən yüksək qiymətlər aldığını eşitmişdim. Onu belə bir qəzada itirdiyimiz üçün çox üzgünük”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
09:05 16.03.2026
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:42 16.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"