Təyyarə qəzasında ölən qazaxlar neftçilər olub

SOSİAL
11:50 26.12.2024
121
Dekabrın 25-də Aktauda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 6-sı Qazaxıstan vətəndaşı olmaqla 38 nəfər həlak olub.
 
AZXEBER.COM Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, vəfat edən Qazaxıstan vətəndaşları neftçilər olub.
 
1985-ci ildə andan olan Jumaqulov Baurjan Jumabaevich quyuların əsaslı təmiri briqadasında 4-cü kateqoriyalı qazmaçı köməkçisi vəzifəsində çalışırdı.
 
Digər mərhum Sandibek Ekibaeviç Tulesinov isə energetika şöbəsində mühəndis işləyirmiş. O, 16 ildən çox idi ki, neft sənayesində çalışırdı.
 
Xatırladaq ki, dekabrın 25-də yerli vaxtla saat 11:30-da Bakıdan (Azərbaycan) Qroznıya (Rusiya) uçan "Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. Sərnişin reysi qatı duman səbəbindən Qroznıya enə bilməyib və əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya istiqamətlənib.
 

 

 


 

 
Aysel
 

OXŞAR XƏBƏRLƏR