Təyyarəyə bıçaqla minməyə icazə veriləcək

DÜNYA
11:48 09.03.2013
1579

ABŞ hakimiyyəti əl baqajında kiçik cib bıçaqlarının təyyarəyə keçirilməsinə icazə veriləcəyini bəyan edib.

AZXEBER.COM-un BBC-yə istinadən verdiyi xəbərə görə, aprelin 25-dən ABŞ-ın daxili reyslərinin sərnişinləri təyyarənin göyərtəsinə ülgücü 6 sm-dən uzun olmamaq şərtilə bıçaq keçirə biləcəklər.Yeni qaydalara əsasən, təyyarənin göyərtəsinə bilyard ağacı, xizək və hokkey ağacları da keçirmək mümkün olacaq.ABŞ-ın Nəqliyyat Nazirliyinin rəyinə görə, bu yeniliklər sərnişinlərin istəklərinə uyğundur. Lakin heyət üzvləri bu dəyişiklikləri tənqid edib. Onların fikrincə, sərnişinlərin, həmçinin təyyarəçilərin və stüardessaların təhlükəsizliyi təhlükə altına qoyulub.

OXŞAR XƏBƏRLƏR